Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb DİM sədri: “Hökumət nə zaman bu qaydaları qəbul edəcək və müvafiq hüquqi əsas olacaq, onda da həmin qruplar fəaliyyətə başlayacaq”
Elm və təhsil
23 Avqust , 2017 18:09
Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ “Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı Nazirlər Kabinetindən Dövlət İmtahan Mərkəzinə (DİM) layihə göndərilmişdi”.

“Report” xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, DİM məsələ ilə əlaqədar öz təklif və rəyi bildirərək layihəni yenidən Nazirlər Kabinetinə qaytarıb: “Hökumət nə zaman bu qaydaları qəbul edəcək və müvafiq hüquqi əsas olacaq, onda da həmin qruplar fəaliyyətə başlayacaq”. 

Son xəbərlər

Orphus sistemi