Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb

Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq
Elm və təhsil
10 Aprel , 2017 17:15
Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın ali məktəblərinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Belə ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi