Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb "Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq".
Elm və təhsil
8243
30 Sentyabr , 2020 17:15
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

"Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, universitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: "Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrinə müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi