Akif Əlizadə: "Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb"

Akif Əlizadə: "Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb" Bakı. 8 iyun. REPORT.AZ/ Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb.
Elm və təhsil
8 İyun , 2018 10:58
Akif Əlizadə: Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb
AMEA prezidenti Akif Əlizadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə akademiyanın ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılması oldu. Bu da AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdi". 

A.Əlizadə bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb: "Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların və digər yeni texnologiyaların bazara çıxarılması reallaşıb".

Son xəbərlər

Orphus sistemi