Akif Əlizadə: "Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq"

Akif Əlizadə: "Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq" "Fond bundan sonra xırda-xırda işlərə görə elan verməyəcək"
Elm və təhsil
206
17 Dekabr , 2014 16:57
Akif Əlizadə: Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq". "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Әlizadə akademiyanın Direktorlar Şurasının bu gün keçirilən iclasında deyib.

Akademik deyib ki, artıq məsələ ilə bağlı Fondun icraçı direktoru Elçin Babayevlə danışıqlar aparılıb: "Fond bundan sonra xırda-xırda işlərə görə elan verməyəcək. Artıq 4 ildir pullar gedir. Düzdür, xeyri var, amma lazımi effekti almamışıq. Bizə başqa mənbədən pul gəlmir. Hətta biznes sahəsindən gəlir əldə edə bilmirik. Ona görə də büdcə pulunu da belə israfçılıqla xərcləməklə qabağa gedə bilmirik".

Onun sözlərinə görə, dünya elminin arxada gedən hissəsindən deyil, qabaqda gedən hissəsindən tutmalı və büdcədən elmə ayrılan vəsait elə xərclənməlidir ki, həmin maliyyə sırf elmin inkişafına sərf edilsin".

Prezidentin fikrincə, Azərbaycan elminin yenilikləri akademiyanın bankında yerləşdirilməlidir ki, xarici şirkətlər bu yeniliklərlə maraqlana bilsinlər.

Son xəbərlər

Orphus sistemi