Akif Əlizadə: "Bu il AMEA-nın magistraturasına 63 ixtisas üzrə qəbul aparılacaq"

Akif Əlizadə: "Bu il AMEA-nın magistraturasına 63 ixtisas üzrə qəbul aparılacaq" Akaif Əlizadə hesab edir ki, bu fakt elm və təhsilin inteqrasiyası sahəsində böyük addımdır
Elm və təhsil
22 Yanvar , 2016 16:56
Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 63 ixtisas üzrə qəbul aparılacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ "Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 63 ixtisas üzrə qəbul aparılacaq". "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, ötən il AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul keçirilib, bu il isə 63 ixtisas üzrə qəbul aparılacaq. A.Əlizadə hesab edir ki, bu fakt elm və təhsilin inteqrasiyası sahəsində böyük addımdır.

Xatırladaq ki, 2015-ci ildə dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası ixtisasları üzrə magistraturaya qəbul aparılmışdı. Akademiyada 7 ixtisas üzrə 20 plan yerindən 19-u tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi