​Akademik Arif Paşayev “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı ilə təltif olunub

​Akademik Arif Paşayev “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı ilə təltif olunub Alim bu mükafata aviakosmos sahəsindəki xidmətlərinə görə layiq görülüb
Elm və təhsil
1768
25 Dekabr , 2015 21:32
​Akademik Arif Paşayev “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı ilə təltif olunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Akademik Arif Paşayev “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı ilə təltif olunub.

"Report"un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayevə “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı təqdim olunub.

Alim bu mükafata aviakosmos sahəsindəki xidmətlərinə görə layiq görülüb.