Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası təsdiq edilib

Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası təsdiq edilib Bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
1 Mart , 2018 23:53
Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası təsdiq edilib

Bakı. 1 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası” təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qərar “Məktəbəqədər təhsil haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 1471 nömrəli fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi