Aİ rəsmisi: "Azərbaycanda həyata keçirilən əməkdaşlıq layihələrinin 30 faizi təhsillə bağlıdır"

Aİ rəsmisi: "Azərbaycanda həyata keçirilən əməkdaşlıq layihələrinin 30 faizi təhsillə bağlıdır" Azərbaycanda uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modellərini axtarırıq. Çünki bizim öhdəliyimiz uşaqlara ən yaxşı təhsili verə bilməkdir.
Elm və təhsil
2 Oktyabr , 2019 12:01
Aİ rəsmisi: Azərbaycanda həyata keçirilən əməkdaşlıq layihələrinin 30 faizi təhsillə bağlıdır

"Azərbaycanda uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modellərini axtarırıq. Çünki bizim öhdəliyimiz uşaqlara ən yaxşı təhsili verə bilməkdir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycanın uğurlu əməkdaşlığı göz önündədir və problemlər birgə müəyyənləşdirilir: "Biz ən həssas qrupları müəyyən edirik. İcmalar və valideynlərlə danışıb onları bu işə cəlb edib layihələrimizi dəstəkləsinlər. Bir ildən sonra biz əminliklə deyə bilərik ki, təxminən, 8 minə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq. Onlar digər uşaqlar kimi sosiallaşır və məktəbdə daha yaxşı təhsil almağa hazırlaşırlar".

"Bu layihə Avropa İttifaqının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi 6 layihədən biridir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumlarla həyata keçirilən əməkdaşlıq layihələrinin, təxminən, 30 faizi məhz təhsillə bağlıdır. Hesab edirik ki, təhsil ən fundamental və vacib məsələdir. Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir", - deyə Kestutis Yankauskas fikirlərinə əlavə edib. 

Son xəbərlər

Orphus sistemi