Agentlik: "Yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub"

Agentlik: "Yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub" "Bu il ilk peşə təmayüllü siniflərin buraxılışı olub. İmtahan nəticələrinə görə iştirakçıların 87,5 %-i kafi, 12,5 %-i isə qeyri-kafi qiymət alıb".
Elm və təhsil
400
17 Sentyabr , 2021 13:02
Agentlik: Yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub

"Bu il ilk peşə təmayüllü siniflərin buraxılışı olub. İmtahan nəticələrinə görə iştirakçıların 87,5 %-i kafi, 12,5 %-i isə qeyri-kafi qiymət alıb".

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, 2021-2022-ci tədris ilində 840 tələbənin yüksək texniki peşə səviyyəsi üzrə qəbul edilməsi planlaşdırılırdı: "Qeyd edim ki, artıq yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub. Qəbulun 55 faizi Bakı, 45 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür".

C.Kərəmov eyni zamanda deyib ki, hər il peşə təhsili müəssisələrinə qəbul olanların sayı artır: "Builki tədris ilində peşə təhsili müəssisələrinə ayrılan plan yerlərini sayı 16 faiz artıb. Ən çox tələb (79 %) texniki peşələr üzrə olub. Müraciətlərin sayında da 13 % artım qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi