AMEA: "Ağdamda torpaq sahələrinin 35 %-i deqradasiya olunub"

AMEA: "Ağdamda torpaq sahələrinin 35 %-i deqradasiya olunub" 2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib.
Elm və təhsil
330
11 Yanvar , 2022 14:01
AMEA: Ağdamda torpaq sahələrinin 35 %-i deqradasiya olunub

2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib.

"Report" xəbər verir ki, bu barədə “Mapping of LC/LU changes inside the Aghdam district of the Karabakh economics region applying object-based satellite image analysis” (“Qarabağ iqtisadi rayonunun torpaq örtüyü və torpaqdan istifadədə dəyişikliklərin Ağdam rayonu daxilində peyk şəkillərinin obyekt yönümlü təhlili əsasında xəritələşdirilməsi”) adlı məqalədə bildirilib.

Qeyd olunub ki, bitki örtüyü əhəmiyyətli dərəcədə azalıb (10,2%), kənd təsərrüfatı üçün yararsız sahələr artıb (11,8%) . Ən yaxın qonşu təsnifatı metodu (NNC) əsasında torpaqdan istifadə üzrə bir sıra neqativ dəyişikliklər aşkar edilib: meşə və otlaq sahələri 9,8% azalıb, deqradasiya olunan torpaq sahələri 35%-ə qədər, qeyri-münbit torpaq sahələri isə 4,4%-ə qədər artıb.

Məqalənin müəllifi AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirir ki, səlahiyyətli orqanların bərpa və layihə işlərinə başlamaq haqqında qərar vermələrindən əvvəl, işğaldan azad edilmiş rayonların hazırkı vəziyyətinin hərtərəfli analizi və xəritələşdirilməsi coğrafiyaçıların, ekoloqların və uzaqdan alqılama mütəxəssislərinin ən təxirəsalınmaz vəzifəsinə çevrilməlidir.

Son xəbərlər

Orphus sistemi