Ağcabədidə yeni ümumtəhsil məktəbi binasının tikintisinə vəsait ayrılıb

Ağcabədidə yeni ümumtəhsil məktəbi binasının tikintisinə vəsait ayrılıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elm və təhsil
12 Oktyabr , 2018 18:06
Ağcabədidə yeni ümumtəhsil məktəbi binasının tikintisinə vəsait ayrılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Arif Əzizova Prezidentin fərdi təqaüdünün verilməsi və Azərbaycan-Moldova hökumətlərarası komissiyanın yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncamlar imzalayıb.

Son xəbərlər

Orphus sistemi