Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Tədbirə aprelin 25-də yekun vurulacaq
Elm və təhsil
24 Aprel , 2017 12:12
Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ll Fəxri xiyabanda Ağamusa Axundovun məzarını ziyarət ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri A.Axundovun dilçilk elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olduğunu, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb: “A.Axundov elmi dairələrdə böyük hörmətə və nüfuza malik alim idi. O, təkçə filologiya elminin alimi yox, həm də Azərbaycanın dəyərli ziyalısı idi”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "A.Axundov haqqında söz” adlı məruzə ilə çıxış edərək, onun apardığı tədqiqatlar sayəsində Azərbaycanda dilçilk məktəbinin formalaşdığını bildirib. O, alimin elm tariximizdə ilk dəfə olaraq 32 yaşında doktorluq dissertasiyası müdafiə edərək, SSRİ miqyasında filologiya sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsi aldığını qeyd edib: “Əslində, A.Axundov namizədlik dissertasiyasını müdafiə etməklə elmdə öz sözünü deyib”.

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, A.Axundov 1990-cı ildə bu instituta direktoru təyin edilib və 22 il bu vəzifədə çalışıb: "36 kitab, 500-ə yaxın məqalə müəllifi olan alim AMEA-nın həqiqi üzvü olub".

Daha sonra Yazıçılar Birliyinin sədri Anar, Türk Dili Qurumunun rəhbəri Mustafa Kaçalin, Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilk İnstitutunun direktoru Yeren Kajıbekov və başqları çıxış edərək A.Axundovun elmi fəaliyyətindən danışıblar.

Qeyd edək ki, konfransa aprelin 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi