ADU-nun rektoru könüllü tələbələrlə görüşüb

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb İmtahan sessiyasında könüllülərə güzəştlər olunacaq, akademik borcu olan tələbələr üçün yay məktəbi ödənişsiz təşkil olunacaq
Elm və təhsil
1095
8 İyun , 2017 18:30
ADU-nun rektoru könüllü tələbələrlə görüşüb

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla IV İslam Həmrəylik Oyunlarında iştirak edən könüllü tələbələr, eləcə də akademik borcu olan tələbələrlə görüşüb.

Bu barədə "Report"a ADU-nun İnformasiya Departamentindən məlumat verilib. 

Bildirilib ki, beynəlxalq tədbirdə könüllü fəaliyyət göstərən tələbələrə Azərbaycanın ictimai həyatında fəallıq göstərərək ölkənin inkişafına töhfə verdiklərinə, dünya miqyasında tanıdılmasında yaxından iştirak etdiklərinə görə təşəkkür edən rektor K.Abdulla ADU-nun böyük potensialının olduğunu xatırladıb. 

O, IV İslam Həmrəylik Oyunlarında universitetdən 1000 nəfər tələbənin könüllü kimi iştirak etdiyini, onlara imtahan sessiyasında güzəştlər oluna biləcəyini bildirib, akademik borcu olan tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil olunacağını deyib.

Görüşdə tədris prosesi, imtahan sessiyası, ikinci xarici dilin tədrisi və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi