ADU-da payız semestrinin imtahan sessiyasına start verilib

ADU-da payız semestrinin imtahan sessiyasına start verilib Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) payız imtahan sessiyası davam edir.
Elm və təhsil
9 Yanvar , 2019 14:41
ADU-da payız semestrinin imtahan sessiyasına start verilib
Report/Elchin Murad

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) payız imtahan sessiyası davam edir.

"Report" xəbər verir ki, əvvəlcə ali təhsil müəssisəsinin rektoru Kamal Abdulla mətbuat nümayəndələri ilə görüşərək sessiya barədə məlumat verib.

Onun sözlərinə görə, builki sessiyada bir sıra yeniliklər tədbiq olunacaq: "Bunlardan biri valideynlərin imtahan prosesinə cəlb edilməsidir. Çünki bu zaman uşaqların da məsuliyyəti artır. Bu həm də imtahan prosesinin açıq şəkildə keçirilməsinin prinsiplərindən biridir. İmtahan sessiyası əyani şöbədə fevralın 4-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxtın da ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib". 

K.Abdulla bildirib ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

Daha sonra mətbuat nümayəndələri imtahanların gedişatı ilə tanış olublar.

Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Son xəbərlər

Orphus sistemi