ADU-da "General Əliağa Şıxlinski və Çin" mövzusunda seminar keçirilib

ADU-da "General Əliağa Şıxlinski və Çin" mövzusunda seminar keçirilib Tədbir Azərbaycanın görkəmli generalı Əliağa Şıxlinskinin karyerasının Çin mərhələsinə həsr olunub
Elm və təhsil
179
25 Dekabr , 2014 14:09
ADU-da General Əliağa Şıxlinski və Çin mövzusunda seminar keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində "General Əliağa Şıxlinski və Çin" adlı elmi-tarixi seminar keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın görkəmli generalı Əliağa Şıxlinskinin karyerasının Çin mərhələsinə həsr olunub.

Tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Leyla Hüseynova iştirak ediblər.

Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov “General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 20 noyabr 2014-cü il tarixli sərəncamını xatırladaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ərəfəsində bu seminarın keçirilməsi Azərbaycanın milli maraqlarının qorunması naminə dünya azərbaycanlılarını birləşdirməyə, gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir.

Seminarda çıxış edən ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər XX əsrin Çin hərbi tarixinin ən mühüm hadisələri, general Ə.Şıxlinskinin həyatının müxtəlif dövrləri və hərbi xidmətindən, onun artilleriya elminin nəzəri və təcrübi bazasına verdiyi əvəzsiz töhfələrindən danışıblar.

Seminarın sonunda Əliağa Şıxlinskinin "Mənim xatirələrim" kitabından çıxarışlar səslənib və Azərbaycanın əfsanəvi generalının çətin taleyi və döyüşdə göstərdiyi şücaətdən bəhs edən "Artilleriyanın Allahı hesab edilirdi" adlı sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi