ADU-da azərbaycanlı mütəxəssislər tərəfindən tərtib olunan "Çin dili" dərs vəsaitinin təqdimatı olub

ADU-da azərbaycanlı mütəxəssislər tərəfindən tərtib olunan "Çin dili" dərs vəsaitinin təqdimatı olub Hazırda universitetdə Konfutsi Mərkəzinin yaradılması üzərində işlər aparılır
Elm və təhsil
105
11 Noyabr , 2014 16:12
ADU-da azərbaycanlı mütəxəssislər tərəfindən tərtib olunan Çin dili dərs vəsaitinin təqdimatı olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) azərbaycanlı mütəxəssislər tərəfindən tərtib olunan "Çin dili" dərs vəsaitinin təqdimatı olub.

"Report"un verdiyi xəbərə görə, Çin dili və mədəniyyəti mərkəzində keçirilən mərasimdə ADU-nun rektoru, deputat Səməd Seyidov çıxış edərək universitetin fəaliyyəti haqqında danışıb. 

Onun sözlərinə görə, bu gün ADU-da 20-dən artıq dil tədris olunur, onların arasında Çin dili xüsusi yer tutur: "Çin dünya iqtisadiyyatı və siyasətində xüsusi çəkiyə malikdir və müasir dövrdə Çin dilini bilməyən insan müvəffəqiyyət əldə edə bilməz".

Rektor həmçinin bildirib ki, hazırda universitetdə Konfutsi Mərkəzinin yaradılması, eləcə də ADU-nun Çin Dili və Mədəniyyəti Mərkəzinin təkmilləşdirilməsi üzrə işlər aparılır.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuin öz növbəsində müəllim və tələbələri kitabın işıq üzü görməsi ilə bağlı təbrik edib.

Tədbirin sonunda "Çin dili" fakültəsinin I kurs tələbələri Çin xalq mahnılarını ifa ediblər. 

Son xəbərlər