Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın təşəbbüsü ilə, universitetdə yeni laboratoriyalar yaradılıb.
Bu barədə “Report”a ADU-nun İnformasiya Departamentindən məlumat verilib.
ADU Elmi Şurasının iclasında universitetdə Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyalarının açılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır.