ADPU-nun kafedra müdiri vəfat edib

ADPU-nun kafedra müdiri vəfat edib ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.
Elm və təhsil
26 Yanvar , 2022 14:08
ADPU-nun kafedra müdiri vəfat edib

ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.

Bunu "Report"a mərhumun ailə üzvləri məlumat verib.

A.Adıgözəlov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azadxan Adıgözəlov Səfərxan oğlu 1940-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. O, 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb. 2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi