ADPU-da məzun gününün keçirilməsinin şərtləri açıqlanıb

ADPU-da məzun gününün keçirilməsinin şərtləri açıqlanıb "Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü müəyyən şərtlər daxilində keçirilə bilər".
Elm və təhsil
1470
11 İyun , 2021 15:38
ADPU-da məzun gününün keçirilməsinin şərtləri açıqlanıb

"Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü müəyyən şərtlər daxilində keçirilə bilər".

"Report" xəbər verir ki, bunu ali təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

Onun sözlərinə görə, əvvəllər məzun günü adətən universitetin əsas korpusunda təşkil edilirdi: "Pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı olarsa, sosial məsafə, tibbi maskadan istifadə və digər qaydalara riayət etməklə müəyyən şərtlər daxilində məzun gününün keçirilməsini istəyirik. Bununla bağlı Təhsil Nazirliyinə müraciət ediləcək".

"Məzun gününün əsas korpusla yanaşı filiallarda da qeyd olunmasını arzu edirik. Fikrimizcə, məzunlar xüsusi geyimlərdə universitet binasında otaqları gəzərək şəkil çəkdirməklə bu günü qeyd edə bilərlər. Əgər razılıq verilərsə, iyulun ilk on günlüyündə məzun gününün keçirilməsi ilə bağlı elan verilə bilər", - prorektor bildirib.

Son xəbərlər

Orphus sistemi