ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir

ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir Bu məqsədlə 27 nəfərdən ibarət Komissiya yaradılıb
Elm və təhsil
28 Avqust , 2017 20:42
ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. 

"Report"un məlumatına görə, müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə 27 nəfərdən ibarət Komissiya yaradılıb. 

Komissiyanın sədri Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, əməkdar elm xadimi Şahlar Əsgərovdur. 

Qeyd edək ki, müsabiqə ADPU-nun 4 fakültəsində-Tarix və coğrafiya, Kimya və biologiya, Fizika və texnologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültələrində və 16 kafedrasında-Türk və Şərqi Avropa xalqlarının tarixi və onların tədrisi metodikası, Azərbaycan tarixi, Riyazi analiz, Hesablama riyaziyyatı və informatika, Biologiya və onun tədrisi metodikası, Analitik və üzvi kimya, İnsan və heyvan fiziologiyası, Ümumi kimya və onun tədrisi metodikası, Fizikanın tədrisi metodikası, Ümumi fizika, Texnologiya və onun tədrisi metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası, Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası, həmçinin ADPU-nun Şamaxı Filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedralarında keçiriləcək. 

Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. 

Qeyd edək ki, ADPU-da çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Sənədlər sentyabrın 15-dək şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək ADPU-nun İnsan resursları departamentinə təqdim olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi