Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi qəfil dünyasını dəyişib.
“Report”un məlumatına görə, vəfat edən Rüstəm Qurbanov ADNSU-nun “Neft – mexanika” fakültəsinin III kursunda təhsil alırmış.
Onun ürəktutmadan öldüyü bildirilir.
Universitetdən “Report”a bildirilib ki, R.Qurbanov dərs vaxtı deyil, yaşadığı evdə dünyasını dəyişib.

