ADNSU 4 kafedra müdiri vəzifəsinə işçi axtarır

ADNSU 4 kafedra müdiri vəzifəsinə işçi axtarır Vakant vəzifələri tutmaq üçün artıq müsabiqə də elan edilib
Elm və təhsil
16 Fevral , 2017 09:19
ADNSU 4 kafedra müdiri vəzifəsinə işçi axtarır

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 4 kafedra müdiri vəzifəsinə işçi axtarır.

“Report”un məlumatına görə, vakant vəzifələri tutmaq üçün müsabiqə elan edilib.

Belə ki, ADNSU-nun “Mexanika”, “Fizika”, “İdarəetmə və sistemlər mühəndisliyi” və “Kompüter mühəndisliyi” kafedralarına kafedra müdiri axtarılır.

Sənədləri təlimata uyğun olaraq, müsabiqə elanı dərc edildiyi gündən bir ay keçənədək rektorun adına yazılan ərizə ilə birlikdə AZ 1010, Bakı şəhəri, Azadlıq prospektinə göndərmək lazımdır.

Son xəbərlər

Orphus sistemi