Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Elm və təhsil
27 Mart , 2020 17:41
Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. Sabah onun 70 yaşı tamam olur.

A.Qəribov Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür.

2005-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi