Bakı. 14 aprel. REPORT.AZ/ "ADA" Universitetində Azərbaycanda akkreditə olunmuş səfirliklərin və ali məktəbin tələbələrinin iştirakı ilə VI Beynəlxalq Festival keçirilib.
"Report" xəbər verir ki, festivalda stendlər vasitəsilə iştirakçı ölkələr haqqında, onların mədəniyyəti, kulinariya nümunələri barədə məlumat olan broşüralar sərgilənib.
Bu il festivalda 40 ölkə iştirak edib.
Tədbir əcnəbi tələbələrin öz ölkələrinin ənənəvi rəqslərini təqdim etdiyi konsert proqramı ilə başa çatıb.
Foto: Firi Salim















