Bakı. 15 mart. REPORT.AZ/ "ADA" Universitetində Novruz bayramı qeyd edilib.
"Report" xəbər verir ki, açılış mərasimində "ADA"nın prorektoru Fariz İsmayılzadə tədbirin keçirilməsinin əsas məqsədinin xarici tələbələr arasında Azərbaycanın mədəniyyəti, ənənələri və dəyərlərini təbliğ etmək olduğunu qeyd edib.
"Bu cür tədbirlər hər il təşkil edilir. Bu tədbirlər əcnəbilər arasında ənənələrimizin təbliği ilə yanaşı, həm də azərbaycanlı tələbələr üçün ənənələrimizin xatırlanması deməkdir", - deyə F.İsmayılzadə vurğulayıb.
Bayram çərçivəsində müxtəlif çıxışlar və konsert proqramı baş tutub. Eyni zamanda, "ADA"nın rektoru Hafiz Paşayevin iştirakı ilə ağacəkmə keçirilib.

















