Bakı. 17 mart. REPORT.AZ/ "ADA Universitetində III Bahar Gənclik Festivalı keçirilib. "Report"un məlumatına görə, festival sərgi, konsert, milli geyimlərimiz, kəndirbazlar, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi, tonqaldan atlanma və s. kimi ilaxır çərşənbənin özünəməxsus adət-ənənələrini
"ADA" Universitetinin Bayraq Meydanında qurulan səhnəsində ali təhsil müəssisəsinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, tələbələr “ən maraqlı xonça” müsabiqəsində yarışıb, müğənnilər qonaqları mahnıları ilə sevindirib.
Festivala Avropa Oyunları 2015-in səfirləri Tünzalə Ağayeva, Bəhram Bağırzadə, Azər Qərib, DJ Shock, Olimpiya yığma komandasının üzvü Murad Sultanov və digər tanınmış simalar qatılıb. Tədbirdə "ADA" Universitetinin yerli və xarici tələbələri ilə yanaşı, Bakı və ətraf regionlarda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri də iştirak edib.