ADA Universitetində "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" toplusunun təqdimat mərasimi keçirilib

ADA Universitetində "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" toplusunun təqdimat mərasimi keçirilib Kitabın müəllifi Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovdur
Elm və təhsil
2207
8 Aprel , 2016 16:44
ADA Universitetində Əlimərdan bəy Topçubaşov. Seçilmişlər toplusunun təqdimat mərasimi keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ ADA Universitetində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tərəfindən tərtib edilən "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" əsərlər toplusunun təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki,  toplu 4 cilddən ibarətdir. I cild Ə.Topçubaşovun jurnalist fəaliyyətinə həsr olunub, II cild - ictimai-siyasi fəaliyyəti, III cild - onun dövlət xadimi qismində fəaliyyəti, IV cild isə xaricdəki fəaliyyətinə həsr olunub. 

Tədbirdə çıxış edən kitabın müəllifi Həsən Həsənov bildirib ki, nəşr Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2013-cü il tarixli "Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı çərçivəsində hazırlanıb. 

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ə.Topçubaşovun Azərbaycan diplomatiyası tarixindəki xidmətlərindən danışıb. 

Sonda "Əlimərdan bəy Topçubaşov" adına təqaüdü qazanan ADA Universitetinin tələbələrinə fəxri fərmanlar təqdim olunub. 

Qeyd edək ki, tədbirdə həmçinin Bakıda akkreditasiyadan keçən xarici dövlətlərin səfirləri, Milli Məclisin deputatları, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və başqaları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi