ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Elm və təhsil
7 Fevral , 2019 19:29
ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, dəyişikliklə ADA Universiteti həm də orta ixtisas təhsili üzrə kadr hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi hesab olunacaq.

Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri üç ay müddətinə həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi