​ADA-nın professor və tələbə heyəti şərəf andı içib

​ADA-nın professor və tələbə heyəti şərəf andı içib Tədbirdə ADA-nın rektoru Hafiz Paşayev çıxış edib
Elm və təhsil
16 Sentyabr , 2014 10:16
​ADA-nın professor və tələbə heyəti şərəf andı içib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Diplomatik Akademiyası (ADA) Universitetinin professor və tələbə heyəti şərəf andı içib.

ADA-nın kommunikasiya departamentindən Report-a verilən məlumata görə, tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Daha sonra ADA-da təhsil alan 32 ölkənin təmsilçiləri vətəndaşı olduqları dövlətlərin bayraqlarını səhnəyə gətiriblər.

Bundan sonra tələbələr və professor heyəti ADA-nın rektoru Hafiz Paşayev və universitetin dekanları tərəfindən “İnam rəmzi” hesab edilən ADA medalları ilə təltif olunublar. Tədbirdə ADA-nın rektoru Hafiz Paşayev çıxış edib.

Tədbir ADA-nın himninin səsləndirilməsi ilə tamamlanıb.

Qeyd edək ki, bu il ADA Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavr, 129-u magistratura proqramlarına qəbul olunub. Bundan başqa, bu il ADA Universitetində mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Son xəbərlər

Orphus sistemi