ADA Universiteti Gürcüstanın ali məktəbləri ilə sıx əməkdaşlıq quracaq

ADA Universiteti Gürcüstanın ali məktəbləri ilə sıx əməkdaşlıq quracaq ADA Gürcüstanın ali təhsil ocaqları ilə daha sıx əməkdaşlıq etmək istəyir”.
Elm və təhsil
25 Noyabr , 2021 18:16
ADA Universiteti Gürcüstanın ali məktəbləri ilə sıx əməkdaşlıq quracaq
Şəfəq Mehrəliyeva

“ADA Universiteti Gürcüstanın ali təhsil ocaqları ilə daha sıx əməkdaşlıq etmək istəyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan ADA-nın Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali məktəb beynəlxalq tələbələri arasında daha çox sayda Gürcüstan vətəndaşları görmək və qonşu ölkənin universitetləri ilə birgə tədqiqat və tədris proqramları həyata keçirmək arzusundadır.

ADA nümayəndəsi bildirib ki, ali təhsil ocağı bu il təsis olunmasının 15-ci ildönümünü qeyd edir: “On beş il ərzində biz beynəlxalq tərəfdaşlarımızla kifayət qədər geniş əməkdaşlıq qura bilmişik. Bu əməkdaşlıq əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət xarici ölkə vətəndaşlarının ADA-da bakalavr və magistr pillələrinə cəlb olunması, digəri isə xaricdə tərəfdaş universitetlər taparaq onlarla birgə tələbə və tədqiqat mübadiləsinin həyata keçirilməsidir”.

Ş.Mehrəliyeva deyib ki, Azərbaycanın tarixi zəfərindən sonra ölkənin ictimai diplomatiyasında müxtəlif ölkələr arasında mübadilə proqamlarının artırılmasına böyük ehtiyac yaranıb: “ADA bu münasibətləri genişləndirməklə məhz Azərbaycan ictimai diplomatiyasına bir töhfə vermək istəyir”.

Son xəbərlər

Orphus sistemi