Abşeron Təhsil Şöbəsi məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə bağlı məlumat yayıb

Abşeron Təhsil Şöbəsi məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə bağlı məlumat yayıb "Videogörüntü araşdırılıb"
Elm və təhsil
25 Yanvar , 2016 17:30
Abşeron Təhsil Şöbəsi məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb".

Bu barədə "Report"a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

"Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub. Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək" - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi