Azərbaycanda təhsilini digər dillərdə alan uşaqların sayı açıqlanıb

Azərbaycanda təhsilini digər dillərdə alan uşaqların sayı açıqlanıb I sinfə şagird qəbulu elektron sistemində 105 mindən artıq 5 yaşa qədər uşaq üçün avtomatik sorğu yerləşdiriləcək. Çünki bu sayda uşaq hazırda məktəbəqədər hazırlıq qruplarındadır.
Elm və təhsil
2 Mart , 2020 12:34
Azərbaycanda təhsilini digər dillərdə alan uşaqların sayı açıqlanıb
google.az

"I sinfə şagird qəbulu elektron sistemində 105 mindən artıq 5 yaşa qədər uşaq üçün avtomatik sorğu yerləşdiriləcək. Çünki bu  sayda uşaq hazırda məktəbəqədər hazırlıq qruplarındadır".

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün bu il də elektron qaydada keçiriləcək: "7 yaşı tamam olan uşaqlar üçün də proses eyni qaydada aparılacaq".

Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov isə vurğulayıb ki, 105 min uşağın içərisində 6,8 %-i (7 200) təhsilini digər dillərdə alır: "Bunun da 3 500-ü Bakının, 3 700-ü isə regionların payına düşür".

O əlavə edib ki, müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb.

Son xəbərlər

Orphus sistemi