96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək

96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək 28-29 avqustda müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmayan və apelyasiya müraciəti edən 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.
Elm və təhsil
25 Avqust , 2020 14:11
96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək

28-29 avqustda müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmayan və apellyasiya müraciəti edən 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.

Apelyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi