700 bal toplayan abituriyent: “İmtahandan öncəki məqsədim Bakı Ali Neft Məktəbini seçmək idi”

700 bal toplayan abituriyent: “İmtahandan öncəki məqsədim Bakı Ali Neft Məktəbini seçmək idi” "Ən böyük arzum təhsil alacağım sahədə vətənimi uğurlu bir elmi kəşflə dünya miqyasında tanıtmaqdır"
Elm və təhsil
24 May , 2017 15:00
700 bal toplayan abituriyent: “İmtahandan öncəki məqsədim Bakı Ali Neft Məktəbini seçmək idi”
BANM

Bakı. 24 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 bal toplayan Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin sualarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

Vahab Fuad oğlu Cəbrayılov 2000-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olub. Orta təhsilini 2006-2017-ci illərdə Lahıc qəsəbə tam orta məktəbində alıb. Orta təhsil dövründə müxtəlif bilik yarışlarında, sosial tədbirlərdə fəal iştirak edib. 2015-ci ildə Riyaziyyat fənnindən Respublika Fənn Olimpiadalarında bürünc medal qazanıb. O, qəbul imtahanında 700 bal toplayıb. 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Maksimum nəticə-700 bal toplamaq üçün mənim fikrimcə zəhmət əsas faktordur. Bu nəticəyə yalnız gərgin zəhmətlə nail olmaq olar. Amma yüksək diqqət də öz rolun oynayır, imtahanda təqdim olunan hər bir suala eyni diqqətlə yanaşmaq lazımdır.

- Qəbul imtahanı necə keçdi? İmtahandan əvvəl və imtahandan sonra əsasən nələr yaddında qalıb?

- İmtahanın ilk 10-15 dəqiqəsi hər kəs kimi məndə də həyəcanlı keçdi. Amma sualları yazmağa başlayandan sonra insanda bir özünəinam yaranır. Məncə də imtahanın taleyini də elə bu həll edir. İmtahandan sonra cavablarımı DİM tərəfindən təqdim olunmuş düzgün cavablarla yoxladıqdan sonra artıq bu nəticəyə nail olduğum anlaşıldı və sonra rəsmi nəticələr də bunu təsdiqlədi.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində öz sözünü qısa bir müddətdə demiş Ali Neft Məktəbinə inanırdım və imtahandan öncəki məqsədim də elə bu ali məktəbi seçmək idi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağım səbəbindən son qərarım kimi bu ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda deyil, dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu sahədə ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam.

- Ən böyük arzun nədir?

- Ən böyük arzum təhsil alacağım sahədə vətənimi uğurlu bir elmi kəşflə dünya miqyasında tanıtmaqdır.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Özümü gələcəkdə dünyanın ən nüfuzlu elm ocağlarından birində vətənimin təmsilçisi kimi görməyi planlaşdırıram və buna nail olacağıma inanıram.

Son xəbərlər

Orphus sistemi