Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb

Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb Qiymətləndirmədə 6000-ə yaxın müəllim iştirak edəcək
Elm və təhsil
21 Noyabr , 2016 09:58
Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb.

“Report”un xəbərinə görə, noyabrın 23-dək davam edəcək qiymətləndirmədə 6000-ə yaxın müəllim iştirak edəcək.

Qeyd edək ki, ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə bu ilin dekabr ayının sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi