31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək

31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək Aksiya ingilis, rus, alman,fransız və türk dillərində təşkil olunub
Elm və təhsil
1613
23 Mart , 2017 15:18
31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək
Gənclər üçün Təhsil Mərkəzi

BAKI. 23 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçirəcək.

Mərkəzin mətbuat xidmətindən "Report"a bildirilib ki, internet aksiya əsasən “twitter”də keçiriləcək və martın 27-dən 31-dək olan dövrü əhatə edəcək. Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism həştəqləri ilə aparılacaq. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 31 Mart faciəsi ilə bağlı soyqırım həqiqətləri çatdırmaqdır.

Bununla bərabər tədbir çərçivəsində Mərkəzin Bakı və digər regional ofislərində 20 Yanvar faciəsi və Xocalı soyqırımı ərəfəsində təşkil olunan twitter aksiyasında müəyyən edilmiş cədvələ uyğun hər iki faciəyə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərən 42 ən aktiv gənc təşkilat tərəfindən təltif olunub.

Qeyd edək ki, ingilis, rus, alman,fransız və türk dillərində təşkil olunan aksiyada hashtagify.me,trendmap.com, hashtags.org sayğaclarının göstəricilərinə görə ümumilikdə 20 Yanvar faciəsi ərəfəsində 17000 “tweet” ,Xocalı soyqırımı ərəfəsində 30000 “tweet” paylaşılıb.