31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı 4 şagird təmsil edəcək

31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı 4 şagird təmsil edəcək ADA Universitetində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunan mətbuat konfransı keçirilib.
Elm və təhsil
5 Avqust , 2019 11:29
31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı 4 şagird təmsil edəcək
Təhsil naziri Ceyhun Bayramov / Report / Elchin Murad

ADA Universitetində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunan mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov olimpiadanın Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, nüfuzlu beynəlxalq yarışda ölkəni indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da jurnalistlərin diqqətinə çatdırıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan komandası 4 şagirddən ibarətdir: "Komandamızın yüksək səviyyədə hazırlığı məqsədi ilə təlim-məşq keçirilib.

ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.

O bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib.

Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. O qeyd edib ki, olimpiadadan sonra ADA Universitetinə və Təhsil Nazirliyinə 450 ədəd noutbuk hədiyyə edəcək.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi