2017-2018-ci dərs ilində Bakıda 24 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb ediləcək

2017-2018-ci dərs ilində Bakıda 24 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb ediləcək Sənəd qəbulu barədə öncədən baku.edu.gov.az saytında elan yerləşdiriləcək
Elm və təhsil
176
28 Mart , 2017 16:45
2017-2018-ci dərs ilində Bakıda 24 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb ediləcək

Bakı. 28 mart. REPORT.AZ/ 2017-2018-ci dərs ilində Bakıda 24 mindən çox uşağın məktəbəhazırlıq qruplarına cəlb ediləcəyi proqnozlaşdırılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, 2016-2017-ci dərs ilində İdarənin tabeliyində fəaliyyət göstərən 261 ümumi təhsil məktəbində məktəbəhazırlıq qrupları yaradılıb. 2016-2017-ci dərs ilində Bakı şəhəri üzrə 23 118 uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib: “Nazirlər Kabinetinin 11.07.2016-ci il tarixli, 271 nömrəli Qərarına əlavədə 2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə 24 348 uşağın (2018-2019-cu ildə I sinfə gedəcək uşaqların 65 faizi) məktəbəhazırlıq qruplarına cəlb ediləcəyi proqnozlaşdırılıb. 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu barədə öncədən baku.edu.gov.az saytında elan yerləşdiriləcək”.

Son xəbərlər

Orphus sistemi