Təhsil Nazirliyi: 1 565 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi: 1 565 müəllim iş yerini dəyişib Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.
Elm və təhsil
9 İyul , 2020 19:10
Təhsil Nazirliyi: 1 565 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1 565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib.

Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd edək ki, ümumilikdə 10 068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6 860 namizədin elektron ərizəsi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi