136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan keçib

136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan keçib 2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.
Elm və təhsil
113
12 İyun , 2020 15:33
136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan keçib

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb. 8 647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi