Zooloq-mütəxəssis Azərbaycanda ov qadağasının tətbiqinə qarşıdır

Zooloq-mütəxəssis Azərbaycanda ov qadağasının tətbiqinə qarşıdır "Ovçuluq fəaliyyəti ölkə qanunvericiliyində öz əksini tapıb"
Ekologiya
30 Mart , 2021 17:13
Zooloq-mütəxəssis Azərbaycanda ov qadağasının tətbiqinə qarşıdır

Zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı”nda Azərbaycanda ovla bağlı qadağanın qoyulması fikirlərinə münasibət bildirib.

“Report”un məlumatına görə, o, bu qərarın ölkədə 30-40 min ovçunun hüquqlarının pozulmasına gətirib çıxaracağını deyib.

E.Əsgərov vurğulayıb ki, təbiətdəki vəhşi heyvanların ovlanmasının əleyhinədir: “Ovçuluq fəaliyyəti ölkə qanunvericiliyində öz əksini tapıb. Azərbaycanda təxminən 10 il ərzində quş qripinə görə müəyyən quşların ovuna qadağa qoyulmuşdu, amma buna baxmayaraq, ovçuluğun kökü kəsilmədi. Hətta yenə də yol kənarlarında həmin quşların ovlanaraq satıldığını görürdük”.

Son xəbərlər

Orphus sistemi