Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2000 eldar şamı əkilib

Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2000 eldar şamı əkilib Əkilən ağaclar “Azəravtoyol” ASC-nin tinglik sahələrində yetişdirilib
Ekologiya
18 May , 2016 10:26
Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2000 eldar şamı əkilib

Bakı. 18 may. REPORT.AZ/ Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2000 ədəd eldar şamı əkilib. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Əkilən ağaclar “Azəravtoyol” ASC-nin tinglik sahələrində yetişdirilib.

Məlumata görə, yolların tikintisi zamanı ətraf mühitdən səmərəli istifadə olunması, təbii ehtiyatların itirilməsinin qarşısının alınması, meşə zolağını və bioloji müxtəlifliyi saxlamaq üçün qorunan torpaq sahələrinin sabit inkişaf prinsipləri, ətraf mühitə dəyən zərərin azaldılması, flora və faunanın qorunması, yola yaxın torpaqlarda baş verə biləcək sürüşmələrin və torpaq eroziyasının qarşısının alınması tədbirləri “Azəravtoyol” ASC tərəfindən hər zaman nəzərə alınıb və bundan sonra da bu çərçivədə diqqət daha da artırılacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən ölkənin avtomobil yollarının mühafizə zolağında 95 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Son xəbərlər

Orphus sistemi