Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək
Ekologiya
21 Noyabr , 2015 12:28
Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, noyabrın 22-də səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə, Bakıda 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi