Zaqatalada 7 ağacı kəsən şəxs 2 890 manat məbləğində cərimələnib

Zaqatalada 7 ağacı kəsən şəxs 2 890 manat məbləğində cərimələnib Ərazidə 7 ədəd ağ akasiya ağacı kəsilib
Ekologiya
31 İyul , 2017 20:19
Zaqatalada 7 ağacı kəsən şəxs 2 890 manat məbləğində cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 31 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2 890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi