Yulğun kollarını məhv edən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Yulğun kollarını məhv edən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib Yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət araşdırıldı
Ekologiya
129
14 Aprel , 2021 14:54
Yulğun kollarını məhv edən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib

Yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət araşdırıldı

Kür çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, ada adlanan ərazidə yulğun kollarının məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmətin rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin Bərdə rayon sakini Sahil Qədirliyə icarəyə verildiyi və ərazidə şum işlərinin aparılması nəticəsində yulğun kollarının kökündən çıxarılaraq məhv edildiyi məlum olub.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Ağcabədi rayon Prokurorluğuna göndərilib: "Yulğun kolları Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil deyil".

Son xəbərlər

Orphus sistemi