Yerdə ən qədim güllərdən biri aşkar edilib

Yerdə ən qədim güllərdən biri aşkar edilib Alimlər ehtimal edir ki, bu gül şirin sulu dayaz göllərdə bitib
Ekologiya
19 Avqust , 2015 05:37
Yerdə ən qədim güllərdən biri aşkar edilib

Bakı. 19 avqust. REPORT.AZ/ Dünyada ən qədim gül adına iddia edən su bitkisi erkən təbaşir dövrünə aiddir. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

Elmi əməkdaşlar Pireney yarımadasında yerləşən daşlaşmış bitki qalıqlarını təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, aşkar olunan bitkinin yaşı 130 mln. ili ötür. Bu dövrdə planetdə hələ qanadlı dinozavrlar sağ olub. 

Aşkar olunan bitkini Montsechia Vidalii, yəni "ilk gül" adlandırıblar. Zahirən o, akvarium şəraitində yetişdirilmiş buynuzyarpağa bənzəyir: kök sistemi və ləçəklər. Bitkinin hər bir gülündə bir toxum var. Alimlər ehtimal edir ki, bu gül şirin sulu dayaz göllərdə bitib. 

Son xəbərlər

Orphus sistemi