Yeni aqrobağların salınması üçün təkliflər paketi hazırlanıb

Yeni aqrobağların salınması üçün təkliflər paketi hazırlanıb Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq.
Ekologiya
22 Fevral , 2019 17:04
Yeni aqrobağların salınması üçün təkliflər paketi hazırlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov / Report / Elchin Murad

Bakı. 22 fevral. REPORT.AZ/ "Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, işlərə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb: "2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqro bağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və əkiləcək".

S.Salmanov bildirib ki, bundan əlavə sahibkarlar üçün meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların uzun müddətli icarəyə verilməsi nəzərdə tutulub: "Bu məqsədlə təkliflər paketi hazırlanıb və burada hər bir regionun coğrafi iqlim xüsusiyyətindən asılı olaraq bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək. Sahibkarlardan, sadəcə, həmin ərazilərdə meyvə bağlarının salınması üçün sərmayə qoyulması təklif olunacaq".

Son xəbərlər

Orphus sistemi