Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək

Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək Yaxın 2 gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.
Ekologiya
4284
26 Mart , 2022 13:07
Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək

Yaxın iki gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi