Nazirlik: Yaxın 2 gün ərzində paytaxtda isti diskomfort hava şəraiti müşahidə olunacaq

Nazirlik: Yaxın 2 gün ərzində paytaxtda isti diskomfort hava şəraiti müşahidə olunacaq "Bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər"
Ekologiya
8 İyun , 2015 13:55
Nazirlik: Yaxın 2 gün ərzində paytaxtda isti diskomfort hava şəraiti müşahidə olunacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Yaxın 2 gün ərzində Bakıda isti diskomfort hava şəraiti müşahidə olunacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Belə ki, tibbi-meteoroloji proqnoza görə, iyunun 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şərait bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Son xəbərlər

Orphus sistemi